Avropa İttifaqı Rusiya və Belarus üçün əvvəllər ayırdığı 135 milyon avroluq əməkdaşlıq proqramlarını ləğv edib və pulu Ukrayna və Moldova ilə əməkdaşlığı gücləndirmək üçün köçürmək qərarına gəlib.
İndex.az xəbər verir ki, Avropa Komissiyasının uyğunlaşdırma və islahatlar üzrə komissarı Elisa Ferreira sosial mediada verdiyi açıqlamada qərarın Rusiyanın Ukraynaya qarşı apardığı “amansız” müharibənin nəticəsi olduğunu vurğulayıb.
Aİ, həmçinin Finlandiya, Estoniya, Latviya və Polşada Rusiya və Belarusla əməkdaşlıq proqramı çərçivəsində regionların digər mövcud proqramlarda iştirak edə bilməsi barədə qərar qəbul edib.
