Aİ Xarici İşlər Nazirlərinin Brüssel görüşündən əvvəl jurnalistlərə açıqlama verən Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynadakı vəziyyətin əsas gündəm maddələri arasında olduğunu bildirib.

İndex.az xəbər verir ki, Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını ifadə edən Borrell, Rusiyanın təkcə taxıl müqaviləsindən çəkilmədiyini, həmçinin taxıl yandırdıqlarını da deyib.

Rusiyanın etdiklərini "barbarlıq" olaraq xarakterizə edən Borrell, bunun dünyada böyük bir qida böhranına səbəb olacağını dedi.