Avropa Statistika İdarəsi (Eurostat) Aİ və Avrozonanın iyun ayı beynəlxalq ticarət məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, məlumata görə, Aİ ixracatı iyun ayında əvvəlki ilin eyni dövrünə görə yüzdə 0,4 artaraq 225,8 milyard avroya, idxal isə yüzdə 22,6 azalaraq 201,2 milyard avroya çatıb. İyun ayında Aİ-nin xarici ticarət profisiti 24,6 milyard avro təşkil edib.
Avro Bölgəsində iyun ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə ixrac 0,3 faiz artaraq 252,3 milyard avroya, idxal isə 17,7 faiz azalaraq 229,3 milyard avroya çatıb. Beləliklə, Avro Bölgəsinin ticarət profisiti iyunda 23 milyard avro olaraq qeyd edildi.
