Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-ın texnologiya nəhənglərini cərimələyib.
İndex.az xəbər verir ki, Aİ “Apple” və “Meta” şirkətlərinin Rəqəmsal Bazarlar Aktı (DMA) üzrə öhdəliklərinə əməl etmədiklərini müəyyən etdikdən sonra onlara 798 milyon dollar cərimə kəsib.
Qərara görə, “Apple” şirkəti “App Store” siyasətinə görə hədəfə alınıb.
Komissiya, "Apple"in həm texniki, həm də kommersiya məhdudiyyətləri ilə tərtibatçıların istifadəçiləri "App Store"dan kənar daha ucuz alternativlərə yönləndirməsinin qarşısını aldığına qərar verib.
Şirkətin “Core Technology Fee” adlanan yeni ödəniş modeli də tənqidlərə məruz qalıb.
