ABŞ administrasiyası təsdiqləyib ki, Ukrayna Rusiya qüvvələrinə qarşı Vaşinqton tərəfindən göndərilən kaset bombalarından istifadə edib.
İndex.az xəbər verir ki, Milli Təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, əldə etdikləri ilkin məlumat kasetli sursatların Rusiya müdafiə xətlərinə və əməliyyatlarına qarşı "səmərəli" istifadə edildiyini bildirib.
Kasset sursatları kiçik səpələnən bombalardır və mülki əhali üçün təhlükə yaratdığına görə 100-dən çox ölkə tərəfindən qadağan edilib.
Birləşmiş Ştatlar Ukraynanın sursat təchizatını yaxşılaşdırmaq üçün bu bombaları almağa razılıq verib.
