"ABŞ hələ də tənəzzül riski ilə üz-üzədir".
İndex.az xəbər verir ki, bu sözləri "JPMorgan"ın baş direktoru Xamye Dimon söyləyib.
Onun fikrincə, ticarət gərginliyinin azalmasına baxmayaraq, ABŞ-da tənəzzülün olması hələ də mümkündür:
"Bunun üçün 50% şans verən iqtisadçılarla razıyam. Əgər tənəzzül olarsa, bunun nə qədər dərin olacağını və nə qədər davam edəcəyini bilmirəm. Ümid edirəm ki, biz bunu keçəcəyik, amma bu nöqtədə bunu tamamilə istisna edə bilmərəm".
