ABŞ-ın dövlət borcu bir gündə 275 milyard dollar artaraq 33,442 trilyon dollara çatıb.
İndex.az xəbər verir ki, bu barədə RİA “Novosti” hesablama məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, bu, Rusiyanın ümumi borcundan 3% çoxdur.
Bir il əvvəl bu gün bu rəqəm 195 milyard dollar, sentyabrın 25-də isə cəmi 10 milyard dollar artıb.
Borcda əsas artım hökumətin öz idarələri qarşısında öhdəlikləri (266 milyard dollar) hesabına olub. ABŞ-ın fiziki şəxslərə, biznes qurumlarına və digər ölkələrə borcu 9 milyard dollar artıb.
