ABŞ-ın Virciniya, Kaliforniya və daha üç ştatında 75 minə yaxın tibb işçisi tətildə iştirak edirlər.

İndex.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, söhbət “Kaiser Permanente” şirkətinin əməkdaşlarından gedir. O cümlədən, tibb bacıları, ultrasəs müayinəsi mütəxəssisləri və cərrahiyyə şöbələrində xidmət göstərən texniki heyət etiraz aksiyasına qoşulublar.

Tətil iştirakçıları iş şəraitindən, o cümlədən əmək haqqı və kadr çatışmazlığından narazılıqlarını bildirmək üçün işə getməyiblər.

Qeyd olunur ki, tətildə həkimlər iştirak etmir, xəstəxanalar, o cümlədən təcili yardım şöbələri normal rejimdə işləyirlər.