ABŞ-ın bir həftə ərzində ikinci dəfə bölgəyə nüvə sualtı qayığı göndərməsindən sonra Şimali Koreyanın iki ballistik raket sınağı həyata keçirdiyi bildirilir.

İndex.az xəbər verir ki, ABŞ-ın nüvə sualtı qayığının Cənubdakı donanma bazasına çatmasından bir neçə saat sonra Şimali Koreyadan iki ballistik raket buraxılıb və ölkənin şərq sahillərində dənizə düşüb, Cənubi Koreya ordusunun bəyanatında deyilir.

Yaponiya Müdafiə Nazirliyi də Şimali Koreyanın raket sınaqlarını təsdiqləyib.

USS Annapolis sualtı gəmisinin Cənubi Koreyanın Ceju adalarına çatdığı açıqlanıb.