Süni intellekt sayəsində beyin sapı iflicinə görə 20 il danışa bilməyən qadının yenidən “danışmasını” təmin edilib.
Ann Conson adlı 50 yaşlarında olan qadın 30 yaşında beyin sapı insult keçirib və danışma qabiliyyətini tamamilə itirib. Ənənəvi üsullar illər ərzində bu problemi həll etməyə kömək etməyib.
Lakin ABŞ-ın San Fransisko və Berkli Universitetlərində çalışan mütəxəssislər süni intellektin bu problemi həll edə biləcəyini aşkar ediblər. Araşdırma nəticə verib və 20 il danışa bilməyən qadın indi əvvəlki kimi danışa bilir.

Alimlər Ann Conson üçün xüsusi beyin implantı hazırlayıblar. 235 elektroddan ibarət bu implant beyin dalğalarını deşifrə edə bilən xüsusi süni intellekt alqoritmi ilə inteqrasiya olunub. Araşdırma 20 ildir danışa bilməyən bədbəxt qadının yenidən ünsiyyət qurmasına şərait yaradıb. Qadın üçün yaradılmış avatar qadının danışmağa çalışarkən beynində yaranan dalğaları sözlə ifadə edir.
Keçmişdə Ann Consona edilən müalicələr qadına yalnız baş hərəkətləri etməyə imkan verir, dəqiqədə cəmi 14 söz danışmağa imkan verirdi. Ancaq son araşdırma bu vəziyyəti xeyli yaxşılaşdırdı. Qadın artıq ünsiyyət zamanı dəqiqədə 80 sözə qədər danışa bilir ki, bu da saniyədə bir sözdən çox deməkdir.
