“Netflix” nə qədər pul qazandığını açıqladı

“Netflix” 2024-cü ilin birinci rübü üçün çox gözlənilən maliyyə hesabatını dərc etdi.

İndex.az xəbər verir ki, “Netflix” tərəfindən paylaşılan son hesabata baxdığımızda şirkətin 2024-cü ilin ilk rübündə 9,33 milyon yeni abunəçi qazandığını görürük.

Bu məqamda qeyd etməliyik ki, bu rəqəm analitiklərin təxminindən təxminən iki dəfə çoxdur. Beləliklə, şirkət gözləntiləri çox keçib.

Hesabata görə, “Netflix” ilin birinci rübündə 9,33 milyard dollar gəlir əldə edib. Xalis mənfəət 2,33 milyard dollar olaraq açıqlandı. Bu rəqəmlər də təxminlərin üstündədir. Şirkətin xüsusilə ABŞ və Kanadada əhəmiyyətli bir yüksəliş nümayiş etdirdiyi bildirilir.