Masaüstü və mobil cihazlarda ən populyar internet brauzerləri açıqlanıb

“Statcounter” internet brauzerləri haqqında aprel 2024-cü il hesabatını dərc etdi.

İndex.az xəbər verir ki, hesabata görə, “Microsoft Edge” istifadəçilərinin sayını yavaş-yavaş artırır, lakin bazar payına görə hələ də “Google Chrome”dan geri qalır.

Bəs kompüter və mobil cihazlarda ən çox istifadə olunan veb brauzerlər hansılardır?

Ən çox istifadə olunan veb brauzerlər (masaüstü)

  • Google Chrome (%65.93)
  • Microsoft Edge (%12.81)
  • Safari (%8.45)
  • Firefox (%6.67)
  • Opera (%3.09)

Ən populyar internet brauzerləri (mobil)

  • Google Chrome (%65.67)
  • Safari (%23.77)
  • Samsung Internet (%4.33)
  • Opera (%2.17)
  • UC Browser (%1.43)