Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 294,961 milyon manat təşkil edib.

İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 % və yaxud təxminən 2 dəfə azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 43,2 % azalaraq 1 811 olub.