İspaniyada 16 yaşdan kiçik uşaqların İnstaqram və TikTok da daxil olmaqla sosial mediadan istifadəsini qadağan etmək planlaşdırılır.

Ondex.az xəbər verir ki, ölkənin Baş naziri Pedro Sançes bu yaş qrupu üçün sosial mediadan istifadəsini qadağan etmək niyyətində olduğunu və platformalardan yaş təsdiqləməsini tətbiq etməyi tələb etdiyini açıqlayıb. O, sosial medianı dezinformasiya və nifrət nitqinin təşviq edildiyi "uğursuz dövlət" adlandırıb.

Bu təşəbbüs ümumavropa trendini izləyir. Belə ki, oxşar məhdudiyyətlər artıq Avstraliyada tətbiq edilib və Fransada təsdiqlənib. İspaniya qanunvericiliyi həmçinin platforma rəhbərləri üçün qanunsuz və ya nifrət dolu məzmunu silmədiklərinə görə hüquqi və cinayət məsuliyyəti nəzərdə tutur.

Bu arada, Yunanıstanda tezliklə 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq. Bunu Yunanıstandan olan anonim hökumət rəsmisi “Reuters“ə deyib.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağası qoyacağını bildirib.