“Toshiba” 5 min işçisini ixtisar etməyi planlaşdırır

“Toshiba” xərcləri azaltmaq və infrastruktur və rəqəmsal texnologiya əməliyyatlarına diqqət yetirmək üçün Yaponiyadakı işçilərinin onda birinə bərabər olan 5000 nəfəri ixtisar etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, fəaliyyət sahələri işıq lampalarından tutmuş atom elektrik stansiyalarına qədər olan Tokioda yerləşən şirkət, ana şirkətin əsas hissədən başqa hissələrində işçilərini ixtisar etməyi planlaşdırır.

İşdən çıxarılmaların əksəriyyəti administrasiya və bek-ofis işçilərindən ibarət olacaq və prioritet könüllü təqaüdə çıxmaq təkliflərinə veriləcək.