“Nokia”nın yeni telefonları təqdim edildi – QİYMƏT

“Pulse” seriyası smartfonlarını öz brendi altında satışa çıxardıqdan sonra HMD indi “Nokia”nın yeni modellərini istifadəçilərə təqdim etdi.

İndex.az xəbər verir ki, üç modeldən ibarət olan seriya, “Nokia 215 4G”, “225 4G” və “235 4G”, “Unisoc T107” prosessoru ilə təchiz edilib və düyməli telefonların trendini davam etdirir.

4G dəstəyi olan telefonların başqa bir ortaq cəhəti onların S30+ əməliyyat sistemi ilə işləməsidir. “Nokia 215 4G” və “235 4G” QVGA həlli ilə 2,8 düymlük IPS LCD ekrana malik olsa da, 225 4G-də ekran ölçüsü 2,4 düymədək azalır.

“Nokia 215 4G”də kamera yoxdur, “225 4G”də isə VGA kamera var. Ən qabaqcıl model hesab edə biləcəyimiz 235 4G, 2 Meqapiksel təsvir ölçülü əsas kameraya sahibdir.

Digər texniki xüsusiyyətlərə baxdığımızda 1450 mAh batareyaya sahib telefonların “Bluetooth 5.0! ilə yanaşı FM Radio dəstəyinin də olduğunu görürük. Təbii ki, əfsanəvi ilan oyunu bu telefonlarda mövcud olmağa davam edir.

Bəzi bulud proqramlarını da dəstəkləyən telefonlardan biri olan “Nokia 215 4G”nin qiyməti 59 avro və üç rəng seçiminə sahib olacaq. “Nokia 225 4G” modeli 69 avroya, ən bahalı model “Nokia 235 4G” isə 79 avroya satılacaq.