İqtisadçılar Böyük Britaniya ilə bağlı proqnozunu verdi

Böyük Britaniyada illik inflyasiya mart ayında gözləniləndən daha yavaş azalıb.

İndex.az xəbər verir ki, buna görə də, iqtisadçılar İngiltərə Bankının (BoE) yay aylarından əvvəl uçot dərəcələrini azaltmayacağını proqnozlaşdırırlar.

BoE-nin iyun və ya avqust aylarında uçot dərəcələrini azaltma ehtimalı gələn ay açıqlanacaq inflyasiya məlumatları ilə müəyyən ediləcək.