İndoneziyada vulkan püskürməsi minlərlə insanı didərgin saldı

Zəlzələ və vulkan püskürmələri ilə tez-tez gündəmdə olan Cənub-Şərqi Asiya yenidən vulkan təhlükəsi ilə üzləşib.

İndex.az xəbər verir ki, İndoneziyanın şimal-qərbində yerləşən Ruanq vulkanı yenidən aktivləşərkən, bölgədə də zəlzələlər qeydə alınıb. Partlayışdan sonra bölgədə yaşayan 11 mindən çox insan təcili olaraq təxliyə edilib.

Mövzu ilə bağlı açıqlama verən İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari, partlayış səbəbiylə 11 mindən çox insanın təxliyə edilməsinə qərar verildiyini və aprelin 29-na qədər fövqəladə vəziyyət elan edildiyini açıqladı. Muhari həmçinin əlavə edib ki, partlayışdan sonra ətrafa yayılan kül səbəbindən ətrafdakı rabitə şəbəkələri zədələnib.

İndoneziya Vulkanologiya və Geoloji Fəlakət Mərkəzi tərəfindən verilən açıqlamada, son 24 saatda ən azı 5 güclü partlayışın baş verdiyi bildirilib. İndoneziya səlahiyyətliləri də vulkan xəbərdarlığını 5-ci səviyyəyə qaldırıb. Səviyyə 5 ən yüksək vulkan xəbərdarlığı səviyyəsi kimi tanınır.