Bank sektorunun aktivləri 7% artıb

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 48 milyard 735,7 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 6,6% çoxdur.