Yük maşınları üçün dünyada ilk hidrogen yanacaqdoldurma məntəqəsi açıldı

“FirstElement Fuels” kommersiya yük maşınları üçün dünyada ilk irimiqyaslı hidrogen yanacaqdoldurma məntəqəsini açdı.

İndex.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsi 10 dəqiqəyə yük maşını doldura biləcək.

Şirkətdən verilən məlumata görə, “Hyundai XCIENT” traktorları və bir sıra kommersiya yük maşınları bu stansiyadan yanacaq alacaq.

Digər tərəfdən, ABŞ “hidrogen iqtisadiyyatı” adlandırdığı prosesi sürətləndirmək üçün 8 milyard dollar xərcləməyi planlaşdırır.

Kaliforniyada bu kimi daha 60 hidrogen stansiyasının tikintisi üçün kifayət qədər maliyyə vəsaitinin ayrılması gözlənilir.

Bildirilir ki, bu stansiyalar 5 min yük maşını və min avtobusa xidmət göstərmək üçün kifayət edəcək.