Bir amerikalı bir neçə ay ərzində zibilliklərdə eşələnərək, oradan tapılan komponentlərdən oyun kompüteri yığıb.

İndex.az xəbər verir ki, bu barədə “Kotaku” portalı məlumat yayıb.

Reddit forumunun “Reddirp7” niki altında istifadəçisi öz hekayəsini “Kotak” portalında bölüşüb.

Onun sözlərinə görə, o, bir neçə ay kompüter yığmaq üçün elektronika mağazaları və kompüter klublarının zibil qutularını eşələməyə sərf edib. Onun aldığı yeganə komponentlər 750 Vt enerji təchizatı bloku və 16 GB RAM idi ki, bu da ona ümumilikdə 120 dollara başa gəlib.

Altı ay ərzində o, EVGA GTX 570 qrafik kartı, “Intel Core I7-3770 Non-K” prosessoru, “Dell OptiPlex 9010” ana kartı və “iBUYPOWER Snowblind Element” korpusu ilə təchiz edilmiş kompüter qurmağı bacarıb. Üstəlik, “Reddirp7”nin etiraf etdiyi kimi, bu, onun zibil qutusuna atılan komponentlərdən yığdığı ikinci kompüterdir.

Həvəskar həmçinin videokartın əvvəlcə işləmədiyini, ancaq sobada bişirməklə problemin həll edildiyini paylaşıb. Bu isə bəzi video kartları bərpa etməyin məşhur üsullarından biridir.