"YouTube" videolar arasında reklamlarla istifadəçiləri hiddətləndirməyə davam edir.

İndex.az xəbər verir ki, platforma bu reklam problemi üçün istifadəçilərə "Premium" abunə təklif etdi. Bununla belə, bir çox istifadəçi "Premium" abunə haqqını ödəmək əvəzinə reklam blokerindən istifadə etməyi üstün tutur.

Ötən aylarda platforma reklam blokerlərinin aktiv olduğu müddətdə platformaya girişi bağlayacağını bəyan edib. Bugünkü xəbərə görə, "YouTube" bu qərarı rəsmi olaraq verir.

Bununla belə, şirkət reklamdan yorulanlara iki seçim verir: "Premium" abunə almaq və ya prosesə dözmək.