Uzun müddətdir inkişaf mərhələsində olan və tez-tez sızdırılan "2024 Tesla Model 3", nəhayət, bu gün təqdim edildi.
İndex.az xəbər verir ki, şirkət daxilində “Project Highland” kimi tanınan yeni "Model 3", yenilənmiş dizaynı ilə ön üzünü dəyişib və yeni dizayna üstünlük verilməsi, avtomobili bir az daha kəskin və müasir edib.

LED fənərlərinə incə formada üstünlük verilən elektrik avtomobili içərisində son dərəcə minimalist xətti davam etdirir. Nəhəng üfüqi şəkildə yerləşdirilmiş sensor ekranı yenilənmiş sükan çarxı və yeni ətraf işıqlandırma ilə birləşdirən avtomobil indi arxa sərnişinlərə 8 düymlük sensor ekran nəzarəti təklif edir.
Orta konsolunda iki fərqli telefonu simsiz şarj edə bilən vasitə, indi 14 dinamik əvəzinə 17 dinamikli səs sistemi ilə gəlir və daha yüksək izolyasiya təklif edir. Ön oturacaqları ventilyasiya edən avtomobil sensor ekranda sürət qutusunu idarə edir.

Şirkətin bəyanatına görə, yeni "Tesla Model 3" daha yüksək diapazon təklif edir. Versiyaya görə dəyişən avtomobilin ən aşağı məsafə dəyəri hazırda 554 km, ən yüksək məsafə dəyəri isə 677 km-dir. Modelin 0-dan 100 km/saat sürətlənmə müddəti aşağı versiyada 6,1 saniyə, iki fərqli elektrik mühərrikli yuxarı versiyada isə 4,4 saniyə olaraq izah edilir.
Avtomobilin satış qiyməti isə 40 min dolların üzərindədir.

