"Volkswagen" şirkəti tezliklə təqdim olunacaq yeni nəsil "Passat" modelinin ilk görüntülərini və bəzi detallarını paylaşdı.

İndex.az xəbər verir ki, yeni nəsil "Passat"da ən böyük dəyişiklik, şübhəsiz ki, onun indi stansiya vaqon kuzov tipi ilə satılacağıdır.

Xüsusilə Avropada vaqon avtomobil modellərinə üstünlük verməsi və sedan avtomobillərə marağın azalması ilə "Volkswagen"in belə bir qərar qəbul etdiyini deyə bilərik.

"2024 Volkswagen Passat"ın dizaynına keçdiyimiz zaman ön hissədə "Volkswagen"in elektrik modellərindən görməyə alışdığımız üz bizi qarşılayır. Bamperdəki geniş hava girişi incə LED işıqlandırma qrupu ilə bizi qarşılayan avtomobildə çox idman atmosferi yaradır.

Yan tərəfdə daha sadə dizayna üstünlük verən "Volkswagen" maili dam xətti ilə idman atmosferini qoruyur. Beləliklə, şirkət 0,25 CD-lik çox uğurlu sürtünmə əmsalı təklif etdiyini bildirir. Arxaya nəzər saldığımız zaman hər tərəfə uzanan arxa fənərlər avtomobili olduğundan daha geniş göstərir, arxa bamperdəki qara detal və baqaj qapağına inteqrasiya olunmuş spoyleri idman elementləri arasında saymaq olar.

İnteryerə keçdiyimiz zaman 15 düymlük məlumat-əyləncə sistemi bütün diqqəti cəlb etməyi bacarır. "Tesla" modellərini xatırladan bu ekranla "Volkswagen"in interyerdə minimum sayda açar olduğunu görürük. Qeyd edək ki, məlumat-əyləncə sisteminin ekranı standart olaraq 12,9 düymdür.

Digər tərəfdən rəqəmsal alət paneli ilə çağımızı yaxalayan yeni nəsil "Volkswagen Passat"da dişli qolu sükan tərəfinə çəkildiyini görürük. Beləliklə, çox daha minimalist mərkəz konsolu təklif edən "Volkswagen" bu bölmədə əlavə saxlama yerini də ehtiva edir.

Kapotun altında bizi bir çox mühərrik variantları gözləyir. İlk dəfə yumşaq hibrid aqreqatla təklif ediləcək "Passat", giriş səviyyəsində 150 ​​at gücünə malik 1,5 eTSI mühərriki qəbul edəcək. 201 at gücü hasil edə bilən 2.0 TSI mühərrik də variantlar arasındadır. Bundan əlavə, eyni mühərrikin 265 at qüvvəli və tam ötürücü sistemli versiyası da "Volkswagen" tərəfindən təklif olunacaq.

Hələ də dizel mühərriklərindən əl çəkməyənləri unutmayan "Volkswagen" 3 fərqli variantla gündəmə gəlir. Bütün modelləri 2.0 TDI mühərriki ilə təchiz edən şirkət 125, 150 və 195 at gücündə üç fərqli güc səviyyəsi təklif edir. Xatırladaq ki, 195 at gücünə malik versiya tam ötürücülü 4Motion sistemi ilə təchiz edilib.

Mühərrik seçimləri bununla bitmir. "Volkswagen" həmçinin təkrar doldurulan hibrid güc blokları ilə "2024 Passat" modelini təklif edir. 1,5 TSI mühərriki müşayiət edən elektrik enerji bloku və 19,7 kVt/saat batareyaya malik hibrid qurğu iki fərqli güc çıxışı ilə gəlir.

Giriş səviyyəsində 205 at qüvvəsi və 350 Nm fırlanma anı təklif edə bilən bu mühərrikin 270 at gücü və 400 Nm variantı da var. "Volkswagen" həmçinin vurğulayır ki, hibrid qurğular elektrik istifadəsində 100 kilometrə qədər məsafəni təklif edir.