Yaponiya ofis işçilərinin gün ərzində istirahət tərzini dəyişə biləcək maraqlı ixtira edib.
İndex.az xəbər verir ki, Şərqi Asiya ölkəsi insanlara “ayaqüstə” yuxuya getməyə imkan verən innovativ şaquli kapsul hazırlayıb.
"Giraffenap" adlanan cihazın iş yerlərində istifadə edilməsi planlaşdırılır.

Telefon kabinəsi böyüklüyündə kapsulun içərisində bədən çəkisini dəstəkləyən və kənar səslərin qarşısını alan istirahət üçün ideal şərait yaradan xüsusi platformalar var. Ancaq ölçülərinə görə klostrofobiyası olan insanlar "Giraffenap"dən uzaq durmaq istəyə bilərlər.
Masa arxasında yuxuya getmək Yaponiyada sosial olaraq qəbul edildiyindən, bu şaquli kapsulun ölkədə asanlıqla qəbul oluna biləcəyi bildirilir. Hətta ofis işçiləri arasında məşhur ola bilər. Digər üstünlükləri onun bədən erqonomikası üçün uyğun olması və daha az yer tutmasıdır.

"Giraffnap", boyu 195 santimetrdən çox olmayan və 100 kiloqramdan çox olmayan insanlar üçün nəzərdə tutulmuş məhsuldur. Cihaz iş arasında qısa müddət ərzində yatmaq istəyən ofis işçiləri üçün möhtəşəm tapıntı hesab olunur. Şirkətlərə bu kapsulun ofislərində quraşdırılmasının nə qədər başa gələcəyi hələlik bəlli deyil.
