Çin avtomobil ixracında Yaponiyanı keçərək yeni lider olub.
İndex.az bu barədə Rusiyanın “Za rulyom” jurnalına istinadən xəbər verir.
Nəşr yazır ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, yanvar-mart ayları ərzində ölkədən 1,07 milyon avtomobil çıxarılıb. Yaponiya isə bu dövrdə 950 min avtomobil ixrac edib.
Yaponiyadan ixrac ötən illə müqayisədə birinci rübdə 6% artıb. Lakin bu kifayət deyil. Çünki Çin ixracı artıq 58% artıb.
Mütəxəssislər bunu bir neçə amillə əlaqələndirirlər: Rusiyaya daşınmaların sayı 3 dəfə artaraq 140 min ədədə çatması və Çindən ixracın 40%-ni təşkil edən elektrik avtomobillərinin dünya üzrə bumudur.
