Bu ilin yanvar ayında Azərbaycanda 406 ədəd və ya 2023-ci ilin müvafiq ayı ilə müqayisədə 211 ədəd və yaxud 2,1 dəfə çox minik avtomobili istehsal olunub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il fevralın 1-nə ölkədə 266 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən ay Azərbaycanda 49 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 51,5 % azalıb. Nəticədə, bu il fevralın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, ötən ay Azərbaycanda 63 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2023-cü ilin yanvar göstəricisi ilə müqayisədə 57,5 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda 50,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
2023-cü ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı əvvəlki ilin müvafiq ayı ilə eyni səviyyədə qalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,5 % azalıb.
