“Yandex” şirkəti “WhatsApp” və “Viber” messencerlərində zənglər gələn zaman nömrəni təyin edən identifikatoru yaradıb.
İndex.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Yandex” istifadəçilərinin messencerlər vasitəsilə spam və fırıldaqçıların zəngləri ilə bağlı artan şikayətlərinə diqqət çəkib. Yeni funksiya istifadəçilərə fırıldaqçılardan gələn zəngləri, həmçinin spam və reklamları müəyyən etməyə kömək edəcək.
Xidmət həmçinin çatdırılma xidmətlərindən, banklardan, tibb müəssisələrindən və s.-dən gələn mesajlar barədə xəbərdarlıq edəcək.
“Yandex” mobil rabitə üçün zəngləri təyin edən sistemi hələ 2018-ci ildə istifadəyə verib. Xidmət iOS və “Android” istifadəçiləri üçün əlçatandır.
“Yandex”in məlumatına görə, 2023-cü ilin birinci yarısında identifikator istifadəçiləri naməlum nömrələrdən 683 milyon daxil olan zəng qəbul edib, onlardan 147,5 milyonu (21,5%) potensial mənfi kimi qeyd olunub.
