Çin texnologiya nəhəngi "Xiaomi", təəssüf ki, çətin anlar yaşayır. Maliyyə hesabatlarında gəlirlərdə ciddi azalma ilə üzləşən şirkət bu azalmaya baxmayaraq gördüyü tədbirlər sayəsində ayaqda qalmağa davam edir.
İndex.az xəbər verir ki, açıqlanan ikinci rübün maliyyə hesabatlarına görə, şirkət illik müqayisədə dörd faizlik gəlir azalması ilə üzləşib.
Çin bazarındakı ümumi eniş tendensiyasından payını götürən texnologiya nəhəngi diqqətini daha çox qazana biləcəyi digər layihələrə yönəltdi.
"Xiaomi", məruz qaldığı gəlir azalmalarından minimum dərəcədə təsirlənmək üçün səylərini elektrikli avtomobil layihələrinə yönəldib. 2024-cü ilə qədər elektrikli nəqliyyat vasitələrinin kütləvi istehsalına başlamağı hədəfləyən şirkətin CEO-su Lu Weibing, layihələrdə əldə edilən nöqtənin hədəf dəyərlərdən belə irəlidə olduğunu vurğulayıb.
