2023-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəlirləri 6,2% azalıb.
İndex.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd olunub ki, Cəmiyyətin gəlirləri 2023-cü ildə 565,3 milyon manat təşkil edib.
ASCO-nun balansında ümumilikdə 558,6 dedveytə malik olan 250 gəmi və 11 üzən vasitə (tərsanə və üzən emalatxana) mövcuddur.
