Lionel Messi bu yaz PSJ-dən Barselonaya qayıtmağı seçsə, ona qucaq açıb qarşılayan var.
Birlikdə böyük uğur qazandığı keçmiş komanda yoldaşı Xavi, mümkün geri dönüşün argentinalı superulduzdan asılı olduğunu deyir.
İndex.az xəbər verir ki, Xavi "Hindustan Times"a bu barədə açıqlama verib:
"Niyə də olmasın? Məncə, bu, ondan asılıdır. O, nə istəyir, nə hiss edir... Təbii ki, “Barselona” həmişə Messinin evi olub. Qapılarımız Leo üçün həmişə açıqdır, xüsusən də mən burada məşqçiyəmsə... Gəlin onun nə etmək istədiyini görək. Qərar klubdan daha çox Messidən asılıdır".
