“WhatsApp”ın tərtibatçıları çatlarda divar kağızını dəyişdirmək imkanı verən “Windows” üçün messencerin yeni beta versiyasını təqdim ediblər.

İndex.az xəbər verir ki, bu barədə “WABetaInfo” nəşri məlumat yayıb.

Çatlarda fonu dəyişmək üçün “Microsoft Store”dan “WhatsApp”ın 2.2316.2.0 versiyasını yükləməlisiniz. Quraşdırıldıqdan sonra parametrlərə geçmək, "Fərdiləşdirmə"ni seçmək və mövcud 15 divar kağızı rəngindən birini tətbiq etmək lazımdır.

Hazırda funksiya əhəmiyyətli məhdudiyyətlərlə işləyir. Birincisi, seçilmiş fon rəngi avtomatik olaraq bütün söhbətlərə tətbiq olunur. İkincisi, “WhatsApp” fotoşəkilləri və digər fərdi şəkilləri divar kağızı kimi istifadə etməyə icazə vermir.

“WABetaInfo” yazır ki, hazırda 2.2316.2.0 versiyası yalnız məhdud sayda regionlarda yükləmək üçün əlçatandır. Jurnalistlər ümid edirlər ki, daha sonra bu bütün dünyada əlçatan olacaq.