“WhatsApp” messencerinin İT-mütəxəssisləri bir cihazdan eyni anda bir neçə hesaba qoşulma funksiyasını əlavə etmək niyyətindədirlər.
İndex.az xəbər verir ki, “WABetaInfo” portalı messencerin yeni imkanı haqqında məlumat verir.
Yenilik “Android” cihazları üçün WhatsApp 2.23.13.5-in beta versiyasında aşkar edilib. Bununla da istifadəçilər eyni cihazda müxtəlif profillərdə ola biləcəklər.
Yeni versiyada istifadəçi istədiyi hesabı seçə biləcəyi bir menyu görünəcək.
“WhatsApp”ı hər bir cihazda ayrıca quraşdırmaq və konfiqurasiya etmək əvəzinə, istifadəçilər öz müxtəlif hesablarına əsas cihazda daxil ola bilərlər”, deyə ekspertlər izah ediblər.
Eyni zamanda, funksiyanın tətbiqin bütün istifadəçiləri üçün nə vaxt əlçatan olacağı göstərilmir.
