"WhatsApp" istifadəçilərinə yeni funksiya təqdim edir.

İndex.az xəbər verir ki, bu yeni funksiya ilə istifadəçilər bir-birinə 60 saniyəlik ani video mesaj göndərə biləcəklər.

"WhatsApp", bu xüsusiyyətin anları paylaşmaq üçün tamamilə yeni bir ölçü gətirəcəyini və daha emosional olaraq ifadəli bir təcrübə təmin edəcəyini gözlədiyini söylədi. Birdəfəlik mesaj düyməsi bu gündən etibarən mövcud olacaq.

Başqa bir açıqlamada, bu xüsusiyyətin dünya üzrə bütün "WhatsApp" istifadəçiləri üçün əlçatan olması üçün bir neçə həftə çəkə biləcəyi ilə bağlı idi.