"Meta"nın kommunikasiya proqramı "WhatsApp", beta versiyasında yeni funksiyaları sınaqdan keçirməyə davam edir.
İndex.az xəbər verir ki, ortaya çıxan yeni hesabata görə, "WhatsApp" iOS versiyasında daha bir yeni funksiyanı sınaqdan keçirir. Bu funksiya ilə seçilmiş kontaktlarla qrup zəngləri edilə bilər.
"Android" üçün ən son "WhatsApp" beta 2.23.15.14 yeniləməsi ilə istifadəçilər artıq 15 nəfərə qədər qrup zəngləri edə bilərlər. Eyni dəyişikliklər iOS üçün "WhatsApp"ın 23.15.1.70 beta versiyasında da mövcud olub.
İlk görüş üçün maksimum 15 nəfər seçmək mümkün olsa da, qrup zənglərində maksimum 32 iştirakçı seçilə bilər.
