Ən çox seçilən mesajlaşma platformalarından biri olan "WhatsApp" çatışmazlıqlarını bir-bir tamamlamağa davam edir.

İndex.az xəbər verir ki, platforma indi veb versiyası üçün də vacib bir xüsusiyyət gətirir. Yeni funksiya "WhatsApp Web"in beta versiyasında mövcud olacaq.

Müvafiq olaraq, "WhatsApp Web" tətbiqi ekran kilidi əldə edir. Bir sözlə, bu funksiya "WhatsApp" ekranını açarkən parol daxil etməyi tələb edəcək. Parol daxil edilmədikdə, ekran açılmayacaq.

Hazırda yalnız bəzi beta istifadəçiləri tərəfindən sınaqdan keçirilir. Xüsusiyyətə "Məxfilik" parametrləri bölməsindən daxil olacaqsınız. Bu bölməyə daxil olduğunuz zaman “Ekran Kilidi” adlı bir seçim görəcəksiniz. Seçimi aktivləşdirdiyiniz zaman sizdən parol təyin etməyiniz xahiş olunacaq. Şifrəni təyin etdikdən sonra indi hər dəfə "WhatsApp Web" səhifəsi açılanda parolu daxil etməli olacaqsınız.