"WhatsApp" hər həftə yeni funksiyalar təqdim edir. Məsələn, bir neçə gün əvvəl foto və video təsvirlərini redaktə etməyə imkan verən funksiyanın gəldiyi görüldü.

İndex.az xəbər verir ki, indi tətbiqdəki qrupları maraqlandıran bir xüsusiyyətin gələcəyi açıqlandı. Baş direktor Mark Zukerberq bundan sonra "WhatsApp" qruplarına ad əlavə etmək tələb olunmayacağını açıqlayıb.

"TechCrunch"a görə, əgər qruplar anonimdirsə, 6-ya qədər iştirakçıya icazə veriləcək. Bundan əlavə, proqram qrupları həmin şəxslərin sizinlə necə qeydiyyatda olduğuna görə adlandıracaq. Bu o deməkdir ki, hər kəsin fərqli qrup adı ola bilər.

Xüsusilə birdəfəlik qruplar üçün faydalı görünən yeni xüsusiyyət qlobal olaraq bütün istifadəçilərə təklif edilməyə başlayıb.