Alman avtomobil nəhəngi "Volkswagen", ən populyar modellərindən biri olan "Golf"da dəyişikliklər ediləcəyini açıqladı.
İndex.az xəbər verir ki, açıqlamaya görə, səkkizinci nəsil "Golf" modelləri ilə daxili yanma mühərrikinin dövrü başa çatacaq.
Markanın minik avtomobilləri departamentinin rəhbəri Thomas Schafer, doqquzuncu nəsil "Volkswagen Golf"un tam elektrikli olacağını bildirərək bir ilkin əldə ediləcəyini açıqladı.
"Volkswagen", "Golf" modellərində daxili yanma mühərrikinə son qoyacaq doqquzuncu nəslin 2028-ci ildə yollarda olmasını planlaşdırdığını bildirir. Avtomobil nəhəngi əlavə edib ki, biz GTI və R versiyalarını tam elektrik dövründə görməyə davam edəcəyik.

Tamamilə elektriklə işləyən "Golf" şirkətin yeni SSP platformasında qurulacaq və bu, bu baxımdan bir ilkdir. Bu sayədə 800 volt elektrik arxitekturası və daha sürətli şarj kimi xüsusiyyətlər vasitəyə daxil ediləcək. Avtomobildə avtonom idarəetmə kimi təkmil sürücülük yardım paketlərinin də mövcud ola biləcəyi deyilir. Nəhayət, qeyd edək ki, elektrik "Golf" indiki ID.3 və qarşıdan gələn ID.2-nin yanında oturaraq şirkətin elektrik məhsul çeşidinə qoşulacaq.
"Volkswagen" bildirir ki, mövcud model populyarlığını qorumaq üçün Avropa Birliyinin emissiya qaydalarına uyğun olaraq yenilənəcək. Beləliklə, biz 2028-ci ilə qədər daxili yanma mühərrikli yeni "Golf" görəcəyik.
