Böyük Britaniyanın mobil operatoru "Vodafone Group Plc" şirkəti üç illik plan çərçivəsində 11 min iş yerini ixtisar etməyi planlaşdırır.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu ixtisarlar həm əsas ofis-qərargahı, həm də yerli ofislərə təsir edəcək.
Bundan başqa, şirkət İspaniyada strateji biznesini yenidən nəzərdən keçirməli olacaq.
Qeyd edək ki, “Vodafone” səhmlərinin kotirovkaları çərşənbə axşamı erkən ticarətdə 4,2% ucuzlaşıb. Son bir ildə şirkətin kapitallaşması 28,3% azalıb, FTSE 100 fond indeksi isə 4,4% artıb.
