Veysəloğlu-Rossmann

Təchizat üzrə mütəxəssis

Son tarix 22 sen 2023 

Vəzifə funksiyaları:

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
  • Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi
  • Təchizat sorğularına nəzarət edilməsi, sifarişlərin qəbul edilməsi və alışların icrası
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabat şəklində rəhbərliyə təqdim edilməsi
  • Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərində şirkətin maraqlarının qorunmasına nəzarət edilməsi
  • Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası

Namizədə tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • Komanda ilə işləmək bacarığı,əməkdaşlıq qabiliyyəti,effektiv ünsiyyət,çeviklik;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.

 

Kateqoriya üzrə mütəxəssis

Son tarix 22 sen 2023 

Vəzifə funksiyaları: 

  • Portfeldəki hər bir markanın fəaliyyətinə nəzarət etmək
  • Bazar ehtiyaclarına uyğun olaraq müvafiq kateqoriya üzrə məhsul tələbatını idxal və ya yerli tədarükçü vasitəsilə təmin etmək
  • İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasını aparmaq
  • İdxal prosesi zamanı məhsulların zamanında mərkəz anbara alınması və mağazalara göndərilməsinə nəzarət etmək
  • Mağazalar arasında mübadilə əməliyyatını təşkil və idarə etmək, A-Mövsüm ehtiyatlarını tələbata görə dərinlik baxımından qorumaq və lazım olduqda yenidən sifariş etmək, mağazalara planlaşdırılan tədarüklər barədə məlumat vermək
  • Ümumi iş strategiyası və illik büdcə prosesinə töhfə vermək , KPI-lara nail olunması və qoyulan hədəflərin şirkətin plan və büdcəsinə uyğunluğunu təmin etmək
  • Təchizatçının ödəniş şərtləri, endirim və yenidən qiymətləndirmələrlə bağlı proseslərin icrası zamanı şirkətin digər əlaqədar strukturları ilə əməkdaşlıq etmək
  • Verilmiş sifarişlər üçün daxili Satınalma Sifarişlərini (PO) hazırlamaq və sistemə yerləşdirmək; sistemdə (əsas məlumatlar) məhsulun spesifikasiyasını yoxlamaq, məhsul kartını doldurmaq və düzəliş etmək
  • Mövsümi endirim planlarının yaradılmasına kömək etmək
  • Qəbul olunmuş ehtiyat məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları təchizatçılar və rəhbərliyə bildirmək
  • Fərdi mağazaların, rəqiblərin həftəlik /aylıq bazar ziyarətləri, habelə rəqiblərin fəaliyyətini izləmək və hesabat vermək
  • Kateqoriyalar üzrə məhsulların mağazalarda təlimatlara uyğun şəkildə yığılmasına və təqdim olunmasına nəzarət etmək
  • Sorğu və tələblərə əsasən həftəlik, aylıq, illik hesabatları marka tərəfdaşlarına təqdim etmək

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
  • Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
  • MS Excel biliyi : Yüksək səviyyədə
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
  • Kosmetika və baxım kateqoriyasından məsul olacağı üçün xanım namizədlərə üstünlük veriləcək

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.

 

Monitorinq əməkdaşı

Son tarix 22 sen 2023 

Vəzifə funksiyaları: 

  • Mağazaları kamera müşahidəsi və digər mümkün vasitələrlə araşdırmaq
  • Mağaza əməkdaşları tərəfindən törədilən neqativ halları aşkar etmək, birbaşa rəhbərinə bildirmək və rəhbərin təlimatı üzrə tədbir görmək
  • Daxili inkassasiya prosesini kamera vasitəsi ilə müşahidə etmək, zərurət yarandıqda birbaşa rəhbərinə məlumat verməklə prosesdə iştirak etmək
  • Mağazalarda daxili yerləşimdə hər hansı bir dəyişiklik olduğu halda, kamera nəzarət nöqtələrinin uyğun olaraq dəyişdirilməsi üçün birbaşa rəhbərinə bildirməklə aidiyyatı struktura məlumat vermək
  • Obyektlərin təlimata və tələblərə uyğun mühafizəsini təmin etmək üçün ehtiyacları müəyyən etmək və nöqsanları aradan qaldırmaq üçün aidiyyatı struktura məlumat vermək
  • Yeni açılan mağazaların kabelli mühafizə siqnalizasiya sistemi ilə təmin olunması vəziyyəti barədə birbaşa rəhbəri məlumatlandırmaq
  • Mağazalarda ana seyfin təhlükəsizliyi ilə bağlı məlumatı rəhbərliyə bildirmək
  • Müəyyən edilən çeklist üzrə müvafiq yoxlamaları aparmaq (müvafiq elektron cihazlar və ya digər vasitələrlə), maddi məsul şəxsləri nəticələrlə tanış etməklə imzalanmasını təmin etmək
  • Filiallar üzrə mövcud olan kamera avadanlıqlarının işləkliyi, DVR-ların yaddaş saxlama müddəti və ümumi sayına nəzarət edilməsi, kor nöqtələrin müəyyən edilməsi  il müvafiq qeydiyyatları aparmaq
  • Z yetki kodundan düzgün istifadəni, kassirlərin administrativ koddan istifadəsi hallarını kamera vasitəsilə yoxlamaq
  • Həyata keçirilmiş əməliyyatların düzgünlyünü və hər hansı sui-istifadə hallarının olub olmamasını kamera vasitəsilə yoxlamaq
  • Mal qəbulunun prosedur qaydalarına uyğun şəkildə həyata keçirilməsini yoxlamaq
  • Seyf otağına kənar şəxslərin daxil olmasını və seyfə yetkisi olmayan əməkdaşların müdaxiləsini kamera vasitəsilə yoxlamaq
  • Təhlükəsizlik əməkdaşlarının iş fəaliyyətinin təşkilini kamera vasitəsilə yoxlamaq
  • Günlük,həftəlik,aylıq raporların hazırlamaq
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
  • MS Excel biliyi : Yaxşı səviyyədə
  • Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yaxşı səviyyəli səriştəyə malik olmalı
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Monitorinq əməkdaşı” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.