Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 469 mənzil alıblar.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 298 mənzil və ya 38,9 % azdır.

Təkcə iyul ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 74 mənzil alıb ki, bu da 2022-ci ilin iyul ayının göstəriciləri ilə müqayisədə 9 mənzil və ya 13,8 % çoxdur.

Bu ilk 7 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 22 246, ötən ay isə 2 816 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 44 % və 29,1 % azdır.