Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 993,5 min nəfər olub.

İndex.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,8% artım deməkdir.

Bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana - 32,5%, Türkiyəyə - 6,4% artıb, İrana - 24,7% azalıb. Azərbaycan vətəndaşlarının 42,5%-i Türkiyəyə, 22,7%-i Rusiyaya, 9,2 %-i Gürcüstana, 7,7%-i İrana, 17,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68%-i hava, 29,3%-i dəmir yolu və avtomobil, 2,7%-i isə dəniz nəqliyyatından istifadə edib.