“Unibank” Kommersiya Bankı” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağını keçirəcək.

İndex.az banka istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı sentyabrın 26-da, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək.

Yığıncaqda “Unibank”ın təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi, Bank tərəfindən geri alınmış öz səhmləri barədə məsələlərin müzakirəsi nəzərdə tutulub.

Həmçinin, “Unibank”ın korporativ sənədlərində/aktlarında dəyişikliklər edilməsi haqqında məsələlər müzakirə olunacaq.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.