İndi “Unibank” kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı daha da artıb. Çünki artıq “UCard”-la yanacaqdoldurma, kafe-restoran və marketlərdə 5% keşbek qazanmaq üçün 200 manat dövriyyə tələbi yoxdur. Qeyd olunan xidmət və ticarət obyektlərində “Apple Pay” və “Google Pay” ilə ödəniş edən “UCard” sahibləri dövriyyə tələbi olmadan, dərhal 5% keşbek qazanacaqlar.
Nəticələrin təhlili göstərir ki, “Unibank” müştərilərinin əksər hissəsi marketlərdə ödəniş edir. 30 yaşadək gənc müştərilərin “Unibank” kartını ən çox istifadə etdiyi istiqamət isə kafe-restoranlardır. “Unibank” müştərisinin keşbek qazanması üçün istiqamət seçməsinə ehtiyac qalmır. Çünki “Unibank” kartı ilə marketlər, kafe-restoranlar və yanacaqdoldurma məntəqələrində “Apple Pay” və “Google Pay”la ödəniş zamanı kart sahibi 5% keşbek qazanmaq imkanı əldə edir.
Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində “UCard” ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.
“UCard” sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:
-Dünyanın bütün marketlərində və onlayn marketlərdə - 5%;
-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində - 5 %;
-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%
Ümumi keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.
“Unibank” - Sənin Bankın!
