Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını qadağan edən Polşa, Slovakiya və Macarıstanı məhkəməyə verib.

İndex.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Avropa İttifaqı (Aİ) üzvləri Polşa, Slovakiya və Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.

Bəyanatda bunun qəbuledilməz olduğu vurğulanıb və bu ölkələrin beynəlxalq öhdəliklərini pozduqları iddia edilib:

“Bəzi Aİ ölkələri Ukraynadan məhsulların idxalına qadağa qoya bilməz. Bu səbəbdən sözügedən ölkələrə qarşı Ümumdünya Ticarət Təşkilatı qarşısında iddia qaldırırıq. Eyni zamanda, ümid edirik ki, bu ölkələr məhdudiyyətləri aradan qaldıracaq və məhkəmə prosesi çox çəkməyəcək. Bizim həmrəyliyə və fermerlərin maraqlarının qorunmasına ehtiyacımız var”.