Ukrayna Silahlı Qüvvələri Krımda hərbi hissəni vurub.

İndex.az xəbər verir ki, bu barədə “РБК Україна” məlumat yayıb.

 

Qeyd olunub ki, Simferopol vilayətinin Perevalnoye kəndində yerləşən Qara dəniz donanmasının 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsinə zərbə endirilib.

Zərbə nəticəsində üç rus əsgərinin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.