Avropa İttifaqından (Aİ) verilən açıqlamaya görə, 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq kredit verəcək ölkələr sırasına Macarıstan, Slovakiya və Çexiya daxil olmayıb.
İndex.az xəbər verir ki, Brüsseldə keçirilən sammit zamanı Aİ ölkələri Ukraynaya kreditin maliyyələşdirilməsi üçün dondurulmuş Rusiyanın aktivlərindən istifadə etmək fikrindən imtina ediblər.
Əvəzində Aİ-yə üzv ölkələr öz büdcələrindən Ukraynaya ümumilikdə 90 milyard avro kredit verəcəklər. Aİ Şurası Macarıstan, Slovakiya və Çexiyanın isə Ukraynaya bu krediti verən ölkələr arasında olmadığını açıqlayıb.
