Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 1 milyon 711 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixracı olunub.

Bu barədə İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,5 % çoxdur.

Təkcə iyulda isə Azərbaycan Türkiyədən 274 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı idxal edib ki, bu da illik müqayisədə 17,1 % artım deməkdir.