Türkiyədə bu yay ikinci dəfə daxili reyslər üçün maksimum qiymət səviyyəsi – 50% artırılaraq 2500 lirəyə qaldırılıb.

İndex.az xəbər verir ki, artıq Türk Hava Yollarında bu qiymətə biletlər satışa çıxarılıb.

Bildirilib ki, təyyarədəki yerlərin 15%-i 2500 lirəyə, qalan 85%-i isə 1650 lirəyə satıla bilər.

Qeyd edək ki, daha öncəki artım bir aydan az əvvəl olub – iyulun sonunda qiymətlər 43% qaldırılıb.

Xatırladaq ki, ilk dəfə daxili reyslər üçün maksimum qiymət 2013-cü ildə tətbiq edilib və 299 lirə olub.