Türkiyənin Sakarya vilayətində zəncirvari yol qəzası olub.
İndex.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, Arifiye rayonunda altı nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət alıb. Qeyd edilir ki, qəzaya uğrayan minik avtomobilinin, sərnişin avtobusunun və yük maşınlarının sürücülərinin, habelə xəsarət alanların kimliyi müəyyənləşdirilir.
Hadisə ilə əlaqədar əraziyə təcili tibbi yardım, xilasedicilər, jandarm və polis əməkdaşları cəlb olunub.
Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
Qəza səbəbindən magistral yolda tıxac yaranıb və nəqliyyatın hərəkəti dayandırılıb.
